featured-image-60208

Braziliyanın “Flamenqo” komandasının baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Olavio Juninyo haqqında danışıb.

Msport.az “Bolavip” nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis hücumçu haqqında xoş ifadələr işlədib.

“Juninyo bizə çox kömək olacaq. Heyətin səviyyəsini yüksəldəcək. Həm də ambisiyaları çox olan oyunçudur”, – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, bu keçid “Flamenqo”ya 5 milyon avroya başa gəlib. A Seriyası təmsilçisi məbləği hissə-hissə ödəyəcək.

Bənzər xəbərlər