Flik “Barselona”da qalır – Razılıq əldə olundu
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Barselona”da qalmağa qərar verib.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, almaniyalı mütəxəssis klubla 2027-ci ilin iyun ayına kimi yeni müqavilə imzalayacaq.
Artıq tərəflər arasında bütün detallarda razılıq əldə olunub. Rəsmi açıqlamanın mayın sonuna qədər veriləcəyi gözlənilir.
Qeyd edək ki, Flik 2024-cü ilin yayından “Barselona”nı çalışdırır.