featured-image-61265

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun gələcəyi hələ də sual altındadır.

Msport.az xəbər verir ki, Niderland millisinin üzvü özü komandada qalmaqda israrlıdır.

Həmçinin karaloniyalıların baş məşqçisi Hans-Diter Flik də 27 yaşlı orta sahə oyunçusunun komandada qalmasını istəyir. Almaniyalı mütəxəssis rəhbərlikdən de Yonqla yeni müqavilə imzalanmasını tələb  edib.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Bənzər xəbərlər