featured-image-68852

Hans-Diter Flik “Bild” nəşrinin versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib.

Msport.az xəbər verir ki, Hamburqda “Sport Bild Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Hazırda “Barselona”ya rəhbərlik edən 60 yaşlı almaniyalı mütəxəssis ilin ən yaxşı məşqçisi mükafatına layiq görülüb. Ötən mövsüm Flikin rəhbərliyi altında Kataloniya klubu La Liqa və İspaniya kubokunun qalibi olub. “Barselona” tarixində 9-cu dəfə ölkə daxilində qızıl dubl (çempionat və kubok) edib.

Qeyd edək ki, Flik mükafatlandırma mərasimində videobağlantı vasitəsilə iştirak edib.

Bənzər xəbərlər