Flik seçimini etdi – Dias yox, Uilyams
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Liverpul”un vingeri Luis Diasla bağlı qərarını verib.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərliyin bu təklifinə müsbət yanaşmayıb.
Belə ki, çalışdırıcı kolumbiyalı ön xətt oyunçusuna ehtiyac duymadığını bildirib. O, bunu Diasın yaşının 28 olması ilə əlaqələndirib. Flik “Atletik”dən Niko Uilyamsın komandaya daha çox fayda verə biləcəyini düşünür.
Qeyd edək ki, Luis Dias cari mövsüm 42 oyunda 13 qol, 7 assistlə yadda qalıb.