Flikdən “Barselona” futbolçularına yeni qadağalar
“Barselona”nın baş məşqçisi Hans- Diter Flik yeni mövsüm öncəsi komandaya bəzi qadağalar gətirib. Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların mətbuat qarşına daha az çıxmasını tapşırıb.
“Barsa”nın oyunçuları bundan sonra müxtəlif əyləncələrə qatılmalarını minimuma endirməlidirlər. Marketinq kampaniyaları ilə bağlı kommersiya tədbirləri daha qapalı şəkildə təşkil olunacaq. Bu cür tədbirlər komandanın hazırlıq planlarını pozmamalıdır.
Flik futbolçulardan sosial mediada daha az vaxt keçirməyi və məşqlərə köklənməyi tapşırıb.