featured-image-31403

“Real”ın prezidenti Florentino Peres azarkeşin Kilian Mbappe ilə bağlı sualını cavablandırıb. Msport.az xəbər verir ki, fanat klub rəhbərindən fransalı futbolçu ilə müqavilə bağlayıb-bağlamayacağını soruşub.

“Kral klubu”nin prezidentinin cavabı belə olub: “Bəli, amma bu il yox”.

Qeyd edək ki, PSJ-nin hücumçusu 2022-ci ildə “Real”a keçməyə yaxın olsa da, son anda bundan imtina edib Paris klubu ilə müqaviləsini  2025-ci ilədək uzatmşdı.

O, bu mövsüm bütün turnirlərdə 43 oyunda 41 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər