featured-image-46111

“Mançester Siti”inin futbolçusu Fil Foden İngiltərə Premyer Liqasında üçüncü het-trikinə imza atıb.

Msport.az xəbər verir ki, o, XXXI turda səfərdə “Aston Villa” üzərində 4:1 hesablı qələbənin memarı olub.

Qarşılaşmada 3 topun müəllifi olan 23 yaşlı ingilis Premyer Liqada üçüncü het-trikini edib. Bu göstəriciyə görə o, Kriştianu Ronaldu, Frenk Lempard və Didye Droqbaya çatıb.

24 yaşınadək Premyer Liqada yalnız Robbi Fauler (7), Maykl Ouen (7), Harri Keyn (6) və Erlinq Haland (5) daha çox het-trik ediblər.

Bənzər xəbərlər