Foden Ukrayna ilə oyunu buraxacaq
“Mançester Siti”nin futbolçusu Fil Foden Ukrayna ilə AÇ-2024-ün oyununu buraxacaq.
Msport.az xəbər verir ki, hücumçu bu gün səhər kor bağırsağından əməliyyat olunub.
Bu səbəbdən də forvard 4 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Qeyd edək ki, İngiltərə – Ukrayna oyunu bu gün saat 20:00-da başlayacaq.
ANAR ABDULLAYEV







