Fonseka 7 aylıq cəzalana bilər
“Lion”un baş məşqçisi Paulu Fonseka 7 ay müddətinə cəzalana bilər. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Fransa çempionatının 24-cü turunda “Brest”lə oyunda (2:1) qırmızı vərəqə almışdı.
Fonseka matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə baş hakim Benua Miyo ilə kəllə-kəlləyə gəlib onu itələmişdi. Məşqçi ilə referini “Lion”un futbolçusu Korentin Tolisso ayırmışdı.
Fonseka baş verənlərə görə mətbuat konfransında üzr istəsə də, onun cəzası ağır ola bilər.