featured-image-48631

“Milan” “Lill”in baş məşqçisi Paulo Fonseka ilə razılıq əldə edib. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər olacaq. Fonseka “Milan”da ilinə 3,5 milyon avro alacaq. Yaxın günlərdə tərəflər xırda detalları razılaşdırıb, anlaşmaya imza atacaqlar.

Fonseka 2022-ci ildən “Lill”ə rəhbərlik edir. Fransa klubu onun rəhbərliyi altında Liqa-1-də mövsümü 4-cü sırada başa vurub.

Xatırladaq ki, 51 yaşlı məşqçi daha əvvəl  “Pakkuş Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor”, “Roma” klublarını çalışdırıb.

 

 

Bənzər xəbərlər