Fonsekadan vida sözləri
“Milan”ın baş məşqçi postundan istefa verən Paulu Fonseka azarkeşlərə müraciət ünvanlayıb. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis X sosial platformasında fikirlərini paylaşıb:
“Vidalaşmaq zamanı gəldi. “Milan”da işlədiyim üçün fəxr edirəm. Hər zaman ürəyimi bu böyük klubun uğur qazanması üçün qoydum. Futbolçulara, azarkeşlərə, klub əməkdaşlarına, eləcə də mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Gələcəkdə kluba yalnız uğurlar arzu edirəm”.
Xatırladaq ki, Fonseka 2024-cü ilin yayından “Milan”a rəhbərlik edirdi.
“Milan” İtaliya A seriyasında 8-ci yeri tutur. Komanda 17 oyunda 27 xal yığıb.