Forma rənginə əsasən AVRO-2024-ün favoriti
Britaniyanın məşhur “Daily Mail” internet nəşri komandalardan birinin formasının rənginə əsaslanaraq 2024-cü il Avropa çempionatının favoritini müəyyənləşdirib.
Msport.az xəbər verir ki, mənbə Fransa komandasına üstünlük verir, çünki indiyə qədər Avropa çempionatında ən çox mavi rəngli komandalar qalib gəlib.
2024-cü il Avropa çempionatında Fransa millisi Polşa, Hollandiya və Avstriya milliləri ilə eyni qrupda çıxış edəcək. İlk oyun iyunun 17-də baş tutacaq və Fransa millisi Avstriya yığması ilə qarşılaşacaq. Fransa iyunun 21-də Hollandiya, 25-də isə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Turnirə Almaniyanın 10 şəhərində 10 stadion ev sahibliyi edəcək. Avronun hazırkı qalibi finalda İngiltərə yığmasına qalib gələn İtaliya komandasıdır.