featured-image-35129

“Əl Əhli” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessyeni transfer etdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı futbolçuyla illik 20 milyon avro maaş olmaqla üç illik müqavilə imzalayıb. “Barsa” bu keçiddən 15 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Kessye ötən yay “Milan”dan ayrılaraq Kataloniya klubuna azad agent statusuyla keçmişdi O, bu klubla 43 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər