Frank Lempard ABŞ-a qayıdır?
“Çelsi”nin sabiq baş məşqçisi Frank Lempard karyerasını ABŞ-da davam etdirə bilər.
Msport.az “TopBin90” nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis “Şarlotta”nın baş məşqçisi postuna namizədlərdən biridir.
Lempardla yanaşı Din Smitlə də danışıqlar davam edir. Yaxın iki həftə ərzində yekun qərar veriləcək.
Qeyd edək ki, Frank Lempard futbolçu olduğu dönəmdə 2015/2016 mövsümündə “Nyu York Siti”nin formasını geyinib.







