featured-image-49233

Fransa millisinin 2024-cü il Avropa çempionatı üçün yekun tərkibini müəyyənləşib.

Msport.az Fransa Futbol Federasiyasına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam əvvəllər açıqlanan heyətdə dəyişiklik etməmək qərarına gəlib.

Qapıçılar: Alfons Areola (“Vest Hem”), Mayk Menyan (“Milan”), Bris Samba (“Lans”)

Müdafiəçilər: Jül Kunde (“Barselona”), Jonatan Kloss (“Marsel”), Benjamin Pavar (“İnter”), İbrahima Konate (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano, (“Bavariya”), Teo Hernandez (“Milan”), Ferlan Mendi (“Real”)

Yarımmüdafiəçilər: Yussuf Fofana (“Monako”), Adrien Rabyo “(Yuventus”), Varren Zaire-Emeri (PSJ), Orelyen Çuameni (“Real”), Antuan Qrizmann (“Atletiko”), Nqolo Kante (“Əl-İttihad”), Eduardu Kamavinqa (“Real”)

Hücumçular: Bredli Barkola, Usman Dembele, Kilian Mbappe, Randal Kolo-Muani (Hamısı PSJ), Kinqsli Koman (“Bavariya”), Olivye Jiru (“Los-Anceles”), Markus Turam (“İnter”)

Qeyd edək ki, Fransa millisi Avropa çempionatında Niderland, Avstriya və Polşa ilə birlikdə D qrupunda yer alıb.

Bənzər xəbərlər