featured-image-24135

Fransa futbolunun əfsanəsi Jüst Fonten 89 yaşında vəfat edib. Msport.az xəbər verir ki, o, peşəkar karyerasına “Kasablanka” klubunda (1950-1953)  başlayıb.

Bundan başqa, Fonten “Nitsa” və “Reyms” komandalarının da şərəfini qoruyub. Fransa millisinin heyətində 21 oyun keçirən hücumçu 30 qol vurub.

Bir dünya çempionatında vurulan qolların sayına görə rekord ona məxsusdur. Fonten 1958-ci il mundialında 13 dəfə fərqlənib. Fransa yığması həmin yarışda bürünc medal qazanıb.

Jüst futbolçu kimi 4 dəfə Fransa çempionatının, iki dəfə kubokun qalibi olub.

Fonten Fransa yığmasını (2 oyun), həmçinin  PSJ və “Tuluza” klublarını çalışdırıb. O, bir müddət Meksika yığmasında da işləyib.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər