featured-image-30965

“Reyms” baş məşqçisi Vill Stillin müqavilə müddətini uzatdığını açıqlayıb.
Msport.az xəbər verir ki, 30 yaşlı mütəxəssisin müqavilə müddəti 2025-ci ilə qədər uzadılıb.

Həmçinin, klub Stillin köməkçiləri Nikolas Still, Samba Diavara, Tomas Troçu və Alberto Eskobarın da müqaviləsini yeniləyib.
“Reyms” hazırda Fransa çempionatının bitməsinə bir tur qalmış 65 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Stillin UEFA Pro məşqçilik lisenziyası olmadığına görə, Fransa klubu hər matça görə 25 min avro cərimə ödəyir.

Royal Türksoy

Bənzər xəbərlər