featured-image-24637

“Reyms” klubu Liqa 1-də keçirdiyi hər oyun üçün Fransa Futbol Federasiyasına 22 min funt sterlinq cərimə ödəyir.

Msport.az xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Uilyam Stilin Pro lisenziyasının olmamasıdır.

Qaydalara əsasən, klublar bu kateqoriyaya sahib olmayan mütəxəssislərə görə ödəniş etməlidirlər.

“Football Manager” kompüter oyunu sayəsində məşqçiliyə başlayan belçikalı “Reyms”in sükanı arxasında keçirdiyi son 18 matçda məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, komanda hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

CAHİD 

Bənzər xəbərlər