Fransa klubu yeni transferini şəhər meydanında təqdim etdi – FOTO
“Lans” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Msport.az xəbər verir ki, Fransa klubu “Bazel”dən Endi Diufu heyətinə qatıb. “Lans” Diufun təqdimat mərasimini qeyri-adi şəkildə təşkil edib. Belə ki, klub 20 yaşlı futbolçunu düz şəhər meydanında təqdim edib.
Lansın bir çox sakini futbolçu ilə müqavilə bağlanma prosedurunu izləmək üçün meydana axın edib.

Royal Türksoy







