featured-image-20221

“Nitsa” rəhbərliyi komandanın mövsümə uğursuz başlamasını baş məşqçi Lüsyen Favra bağışlamayıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis postundan uzaqlaşdırılıb.

Ardıcıl iki heç-heçənin ardından ilin ilk oyununda “Renn”ə məğlubiyyət, ardınca kubokda aşağı dəstə təmsilçisinə yenilgi səbri daşıran son damla olub. Liqa 1-də 17 oyuna cəmi 5 qələbə qazanmasına görə məşqçi ilə yollar ayrılıb. “Nitsa” rəhbərliyi ciddi transferlər edib iddiasını artırmaq istəyirdi. Lakin Favr ümidləri doğrultmayıb.

Favr cəmi 6 ay “Nitsa”ya rəhbərlik edib. 26 oyunluq marafonda o, əvvəlki – Dortmund “Borussiya”sındakı uğurlarını təkrarlaya bilməyib.

Favr 2016-18-ci illərdə də “Nitsa”nın baş məşqçisi olmuşdu.

Bənzər xəbərlər