Fransa klubunda yeni baş məşqçi
Fransanın “Monpelye” klubunun yeni baş məşqçisi açıqlanıb.
Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində “Marsel”ə rəhbərlik edib.
“Monpelye” Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.
Qeyd edək ki, Liqa 1 komandası “Marsel”ə 0:5 hesabı ilə məğlub olduqdan sonra erməni baş məşqçi Mişel der Zakaryanı qovub.