featured-image-21132

“Monpelye” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Mets”dən Bubakar Kuyateni transfer edib.

Mərkəz müdafiəçisinin transferi yeni klubuna 6 milyon avroya başa gəlib. Malidən olan 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Kuyate 2020-ci ilin avqust ayından formasını geyindiyi “Mets”də 74 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə Fransada “Trua”nın da formasını geyinib. Müdafiəçi Mali yığmasında 23 oyuna çıxıb.

Bənzər xəbərlər