featured-image-50416

Fransanın “Lion” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniya “Betis”indən braziliyalı Abner Vinisiusu transfer edib. Onunla 2029-cu ilin yayınadək müqavilə bağlanıb.

“Lion” bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

Qeyd edək ki, A. Vinisius Braziliya millisinin heyətində Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.

 

Bənzər xəbərlər