featured-image-46800

Fransanın “Lill” klubunun futbolçusu Conatan Devid karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, hücumçu “Napoli”yə keçməyə hazırlaşır.

Neapol təmsilçisi artıq Devid üçün hərəkətə keçib.

İtaliya təmsilçisi yayda komandanı tərk edəcək Viktor Osimheni məhz kanadalı hücumçu ilə əvəzləyəcək.

24 yaşlı forvardın ekçdiə razılıq verdiyi iddia olunur.

“Napoli” Kanada millisinin hücumçusu üçün 35 milyon avro xərcləməyə hazırdır. Devid bu mövsüm bütün turnirlərdə 40 matçda 23 dəfə qolla fərqlənməyi bacarıb.

Conatan 2020-ci ildə “Gent”dən “Lill”ə keçib.

Bənzər xəbərlər