featured-image-62126

“Marsel”in prezidenti Pablo Lonqoriya sanksiya ilə üzləşib.

Msport.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası Liqa1 klubunun rəhbərini 15 oyunluq cəzalandırıb.

Buna səbəb onun etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsidir. Lonqoriya Fransa çempionatının XXIII turunda “Oser”lə görüşdə (0:3) hakimi Ceremi Stinata “korrupsiya, əsl korrupsiya” deyə qışqırıb.

İspaniyalı funksioner ölkə çempionatının bu mövsümkü qalan oyunlarını stadiondan izləyə bilməyəcək.

Qeyd edək ki, “Marsel” hazırda 46 xalla ikinci pillədə qərarlaşır.

Bənzər xəbərlər