featured-image-38046

Fransa millisinin heyətində oktyabr ayında keçiriləcək oyunlar üçün dəyişiklik edilib. Msport.az xəbər verir ki, əvvəlcə müdafiəçi Aksel Disasi Upamekanonun əvəzinə yığmaya dəvət alıb. Lakin Disasi də zədəli çıxdığından son anda onu Kastello Lukeba əvəzləyib.

Qeyd edək ki, “Leyptsiq”in 20 yaşlı oyunçusu Lukeba ilk dəfə Fransa seçməsinə çağırılır.

Milliyə ilk dəfə dəvət olunan daha bir futbolçu Malo Qusto isə Jül Kündeni əvzləyəcək.

Fransa yığması oktybrın 13-də AVRO-2024-ün seçmə mərhələsində Niderlandla, oktyabrın 17-də isə yoldaşlıq oyununda Şotlandiya ilə üz-üzə gələcək.

 

Bənzər xəbərlər