featured-image-53775

Madrid “Real”ının futbolçusu Orelen Tçuameni Fransa millisinin heyətindən çıxarılıb.

Msport.az xəbər verir ki, buna onun zədələnməsi səbəb olub.

24 yaşlı yarımmüdafiəçi bu səbəbdən Millətlər Liqasında İtaliya və Belçika ilə keçiriləcək oyunları buraxacaq. Onun əvəzinə milliyə “Latsio”nun üzvü Matteo Qunduzi cəlb edilib.

Qeyd edək ki, Tçuameni “Real”a 2022-ci ildə “Monako”dan transfer olunub.

Bənzər xəbərlər