Fransa millisinin qapıçısı Avro-2024-ü buraxa bilər
“Milan”ın və Fransa millisinin qapıçısı Mik Menyan Avro-2024-ü buraxa bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, futbolçunun barmağı zədələnib. Menyan növbəti analizə qədər, təxminən bir həftə gipsdə gəzməli olacaq.
Ondan sonra qolkiperin qitə çempionatında iştirak edib-etməyəcəyi dəqiqləşəcək.
Xatırladaq ki, Avro-2024 iyunun 14-dən iyulun 14-ə kimi Almaniyada keçiriləcək.