Fransa millisinin qapıçısı klubunu dəyişdi
Fransa millisinin qapıçısı Bris Samba klubunu dəyişib.
Msport.az xəbər verir ki, 30 yaşlı qolkiper “Lens”dən “Renn”ə keçib.
Oyunçunun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, qapıçı cari mövsüm “Lens”də 17 oyun keçirib və 7 matçda qapısını toxunulmaz saxlayıb. 2023-cü ildən yığmaya cəlb edilən qolkiper üç oyunda meydanda olub.