featured-image-32538

Fransa milllisinin futbolçuları küçələrdə etiraz edən kütləyə kollektiv məktub yazıblar. Msport.az xəbər verir ki, yığmanın üzvləri etirazçılardan zorakılığı durdurmağı və aksiyaları dayandırmağı istəyiblər:

“Biz xal etirazının şahidləriyik. Bunun səbəbləri əlbəttə ki, bizə məlumdur. Lakin formasını anlaya bilmirik.

Siz doğma ölkəmizi, öz şəhərlərimizi, məhəllələrimizi dağıdırsınız. Halbuki orada öz həmyerlilərimizlə birgə addımlaya bilərik”.

Xatırladaq ki, 17 yaşlı yeniyetməni yol polisinin güllələməsi səbəbindən Fransada 4 gündür ki, etiraz aksiyaları keçirilir. Avtomobili idarə edən yeniyetmə “saxla” əmrinə tabe olmadığından polis onu güllələyib.

Ölkədə 600-dən çox adam saxlanılıb, 200 polis hadisələr zamanı xəsarət alıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər