Fransa millisinin üzvü oğurluq qurbanı oldu
Fransa millisinin və “Marsel”in yarımmüdafiəçisi Matteo Gündüzinin evi qarət olunub.
Msport.az əbər verir ki, cinayətkarlar futbolçunun “Marsel”lə “Bayer” arasında yoldaşlıq görüşündə iştirak etdiyi an onun evinə daxil olublar. Futbolçunun sevgilisi şübhəli səslər eşitdikdən sonra polisə müraciət edib, lakin təcavüzkarlar təxminən 200 min avro dəyərində olan “Roleks” saatını oğurlaya biliblər.
Hazırda polislər oğrunu axtarır.
Royal Türksoy







