featured-image-25989

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində ilk turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, ikinci oyun günündə 4 qrup üzrə daha 8 qarşılaşma baş tutub.

B qrupunda Fransa və Niderland yığmalarının oyunu daha böyük maraqla gözlənilirdi. Bu oyunda meydan sahibləri 4 cavabsız qola seviniblər. Qrupun digər matçında Yunanıstan da Cəbəllütariqin qonağı olub və darmadağınla qalib gəlib.

E qrupunda Çexiya Polşanı, Moldova Farer adalarını qəbul edib. Çexlər doğma meydanda inamlı qələbəyə seviniblərsə, digər oyunda qalib müəyyənləşməyib.

F qrupunda Azərbaycan millisi səfərdə Avstriya ilə qarşılaşıb və böyük hesabla uduzub. Qrupun əsas favoritləri İsveç və Belçika yığmaları da Solnada münasibətlərinə aydınlıq gətiriblər. Bu matçda da qonaqlar darmadağınla qalib gəliblər.

G qrupunda isə Bolqarıstan yığması Monteneqro ilə ev oyununda məğlub olubsa, Serbiya millisi Litvanı xalsız yola salıb.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur

24 mart

B qrupu

Fransa – Niderland 4:0
Qol: Qrizmann, 2. Upamekano, 8. Mbappe, 21; 88.

Cəbəllütariq – Yunanıstan 0:3
Qol: Masuras, 11. Siopis, 45. Bakasetas, 58.

E qrupu

Çexiya – Polşa 3:1
Qol: Kreyçi, 1. Çvançara, 3. Kuxta, 64 – Şimanski, 87.

Moldova – Farer adaları 1:1
Qol: Nikolaesku, 86-pen – Mikkelsen, 27.

F qrupu

Avstriya – Azərbaycan 4:1
Qol: Zabitser, 28; 50. Qreqoriç, 29. Baumqartner, 69 – E.Mahmudov, 64.

İsveç – Belçika 0:3
Qol: Lukaku, 35; 49; 83.

G qrupu

Bolqarıstan – Monteneqro 0:1
Qol: Krstoviç, 70.

Serbiya – Litva 2:0
Qol: Tadiç, 16. Vlahoviç, 53.

Bənzər xəbərlər