featured-image-31240

Lionel Messi “Barselona”ya keçidinin niyə alınmamasına aydnlıq gətirib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “İnter Mayami”yə transferi dəqiqləşən argentinalı futbolçu iki il əvvəlki hadisələrin təkrarlanmamasını istəyib:

“Barselona”ya dönüşüm? Mənim qayıtmaq istəyim kifayət qədər çox idi, lakin digər tərəfdən çətin vəziyyətə düşmək istəmədim ki, karyeram digər insanların qərarlarından asılı olsun. Qərarı ailəmi və özümü düşünərək verdim.

Eşitdim ki, mənim dönüşüm üçün “Barselona” bir çox müxtəlif prossedurlardan keçməlidir –  insanların işdən uzaqlaşdırılması, futbolçuların satılması və maaşların aşağı salınması.

“Barselona”dakı karyeram ərzində çox şey eşitmişəm, yenidən xoş olmayan anları yaşamaq istəmədim.

İndi həyatımda elə vaxtdır  ki, özümə diqqəti azaltmaq istəyirəm. Parisdəki iki il gərgin oldu, uzun müddət ailəmlə birgə oteldə yaşadım. Çoxlu məişət problemləri yaranırdı. Hərdən özümü çox pis hiss edirdim. Dünya çempionatından sonra bir ay əla keçdi, amma ümumilikdə Fransada özümü komfortlu hiss etmirdim. Uşaqların və ailənin xətrinə irəli bax getmək lazımdır. Ona görə də təslim olmamaq qərarı verdim. Hətta “Barselona”ya qayıtmaqdıqdan sonra da”.

Bənzər xəbərlər