Fransada stadionlarda tüstü bombalarından istifadəyə icazə verildi
Fransa hakimiyyəti 2026-cı ilə qədər stadionlarda tüstü bombalarından istifadəyə icazə verib.
Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, bütün peşəkar liqalarda azarkeşlərin arenalara priotexniki vasitələr gətirməsinə qadağa qoyulmayacaq.
Təşəbbüs üç illik müddətə nəzərdə tutulub və burada bir sıra məhdudiyyətləri var. Belə ki, klub matça bir ay qalmışdan gec olmayaraq yerli hakimiyyət orqanlarına pirotexniki vasitələrin daşınması hüququ verilən tamaşaçıların siyahısı, məhsulların təsviri və nəzərdə tutulan təhlükəsizlik tədbirləri ilə bağlı sorğu göndərməli olacaq.
Eksperimentin keçirilməsində məqsəd tribunalardan qanunsuz və təhlükəli pirotexniki məmulatların yığışdırılmasıdır.
Cahid







