Fransadan Almaniya klubuna
“Lion”un hücumçusu Gift Orban karyerasını “Hoffenhaym”da davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.
Forvard alman klubu ilə 4 il yarımlıq müqavilə imzalayacaq.
Qeyd edək ki, Orbanın transferi “Hoffenhaym”a 12 milyon avroya başa gələcək. O, bu mövsüm Liqa 1-də 3 matçda 2 qol vurub.