Fransalı futbolçu Almaniya nəhəgində qalacaq
Fransa millisinin futbolçusu Kinqsli Koman cari mövsüm Almaniyanın “Bayern” klubunda qalacaq.
Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Maks Eberl açıqlama verib.
Qeyd edək ki, cinah oyunçusunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Onunla Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlanıb.