Fransalı futbolçu İngiltərədə oynamaq istəyir
“Bavariya”nın futbolçusu Dayo Upamekano gələcəyi ilə bağlı qərar verib.
Msport.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi komandadan ayrılmaq istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb.
25 yaşlı futbolçu 3 illik Menhen macərasından sonra klubunu dəyişməyi planlaşdırır. Futbolçu İngiltərə Premyer Liqasında oynamaq istəyir.
Qeyd edək ki, “Bavariya” Dayo Upamekanonu 2021-ci ilin yayında “Leypziq”dən transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.