Fransanın köklü klubu III liqaya göndərildi
“Bordo” klubu Fransanın 3-cü liqasına göndərilib. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb rəhbərliyin maliyyə pozuntularıdır.
Klub bir həftə ərzində qərardan appelyasiya verə bilər.
“Bordo” 2021-2022-ci illər mövsümündə Liqa-1-də sonuncu 20-ci yeri tutaraq II diviziona düşüb.
“Bordo” 6 dəfə Fransa çempionu çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.