featured-image-26093

Niderland millisi AÇ-2024-ün seçmə mərhələsinə Fransaya 0:4 hesablı məğlubiyyətlə başladı. Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “narıncılar”ın futbolçusu Corcinyo Veynaldum oyunu belə dəyərləndirib:

“Rəqibə qol vurmağa imkan verdik və öz işimizi çətinləşdirdik. Bir-iki dəqiqə ərzində qol buraxırsansa, bu heç də yaxşı olmur.

Birinci hissədə qol imkanlarımız var idi, lakin fransızlara istədikləri kimi oynamağa imkan verdik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər