"Frayburq" 2 zərbədən sonra iki qol vurdu" - Tomas Tuhel
“Bayern Münhen” “Frayburq”a 1:2 hesabı ilə uduzaraq, Almaniya kubokunun 1\4 finalında mübarizəni dayandırıb.
Msport.az xəbər verir ki, Münhen təmsilçisinin yeni baş məşqçisi Tomas Tuhel uğursuzluğu belə qiymətləndirib:
“Frayburq” qapıya 2 zərbədən sonra iki qol vurdu. Rəqibin başqa qol vəziyyətlərini xatırlamıram. Bizim yaxşı imkanlarımız var idi, amma hər dəfə nəsə çatmırdı. Rəqib çox dərindən müdafiə olunurdu, ona görə də onlara təzyiqi sonadək göstərə bilmirdik.
Hesabı açdıqdan sonra daha 2-3 epizodumuz oldu, xüsusən də Tomas Müllerin yaxşı şansı var idi. Lakin yalnız özümüzü günahlandırmalıyıq. Öz meydanında 1\4 final mərhələsində turnirlə vidalaşmaq böyük məyusluqdur.
Bir yerdə qalib gəlirik və bir yerdə uduzuruq. Bəli, məşqçilər korpusumun vaxtı az oldu, lakin mən də məsuliyyət daşıyıram”.
ANAR ABDULLAYEV







