featured-image-28066

Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.
“Frayburq” səfərdə “Verder”i 4 dəqiqə vurduğu 2 qolla məğlub edib – 2:1
“Volfsburq” – “Bayer” və “Union Berlin” – “Bohum”gorüşlərində bərabərlik qeydə alınıb.

59 xalı olan “Bayern” turnir cədvəlinə başçılıq edir. Dortmund “Borussiya”sı 57 xalla ikinci, “Union Berlin” isə 52 xalla üçüncü yeri tutur. “Leypsiq” 51, “Frayburq” 50, “Bayer” 44, “Ayntraxt”la “Maynts” 42, “Volfsburq” 40 xal toplayıb.

Almaniya Bundesliqası
28-ci tur
14 aprel

Şalke – Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern – Hoffenhaym 1:1
Qol: Pavar, 17 – Kramariç, 71.

Köln – Maynts 1:1
Qol: Lyubiçiç, 51 – Ayorke, 17.

Leypsiq – Auqsburq 3:2
Qol: Kampl, 10. Verner, 32; 35 – Mayer, 5. Varqas, 82.

Ştutqart – Borussiya (Dortmund) 3:3
Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 – Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Muani, 83 – Hofmann, 13.

16 aprel

Verder – Frayburq 1:2
Qol: Filipp, 46 – Sallai, 67. Holer, 71.

Union Berlin – Bohum 1:1
Qol: Yuranoviç, 45+3 – Stoger, 55.

Volfsburq – Bayer 0:0

Bənzər xəbərlər