featured-image-47450

“Fulhem” “Beşiktaş”ın gənc futbolçusu Semih Kılıçsoyu transfer etmək üçün danışıqlar aparır. Msport.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

İngiltərə klubu hücumçunu almaq üçün İstanbul təmsilçisinə 15 milyon avro təklif etsə də, hələ ki müsbət cavab almayıb. Tərəflər arasında danışıqlar davam edir və “Beşiktaş” məbləğin artırılmasını istəyir.

18 yaşlı Semih “qara qartallar”ın yetirməsidir. O, cari mövsümdə bütün turnirlərdə 30 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

 

 

Bənzər xəbərlər