Futbol sarı vərəqədən sonra hakmi vurdu
“İzumrud” və “Tlyustenxabl” komandaları arasında Krasnodar həvəskar liqasının oyununda futbolçu hakimi vurub.
Msport.az xəbər verir ki, 17-ci dəqiqədə baş hakim “Tlyustenxabl”ın üzvünə sarı vərəqə göstərib.
Oyunçu bu qərardan qəzəblənib və hakimin üzünə zərbə endirib. Matç yarımçıq dayandırılıb və həmin futbolçunun komandasına texniki məğlubiyyət verilib.
Referi həkimin köməyindən sonra özünə gəlib.