Futbol Şurası ilk toplantısına yığışır
UEFA-nın Futbol Şurası ilk toplantısını keçirəcək. Msport.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, iclas aprelin 24-ə təyin olunub.
Gündəliyə hakimlik məsələləri, VAR-ın iş mexanizmi, əllə oyunun yozulması, futbolçuların davranışına reaksiya və tibb məsələləri daxil edilib.
Qeyd edək ki, Futbol Şurasına Joze Mourinyo (“Roma”), Karlo Ançelotti (“Real”), Zinəddin Zidan, Paolo Maldini (“Milan”), Fabio Kapello, Xavyer Zanetti, Filipp Lam, Ronald Kuman (Niderland millisi), Qaret Sautqeyt (İngiltərə millisi), Rio Ferdinand, Mikael Laudrup, Rafael Benites, Roberto Martines (Portuqaliya millisi), Predraq Miyatoviç, Yurqen Klinsmann, Rudi Föller, Petr Çex, Xuan Mata, Robbi Kin, Patrik Vieyra, Henrik Larsson, Erik Abidal və Qaret Beyl daxildir.
ANAR







