Futbol tarixinin ən bahalı transferi hazırlığında - PSJ
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer PSJ-nin diqqətini çəkib.
Msport.az xəbər verir ki, 23 yaşlı ingilisin transferi üçün Paris klubunun rəhbərliyi 250 milyon avro ödəməyə hazırdır.
Hazırda futbol tarixində ən bahalı transfer yenə PSJ-yə məxsusdur. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəmişdi.
2023-cü ildə Palmer 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.
Yarımmüdafiəçi “mavi-qaralar”ın heyətində 97 oyun keçirib, bu oyunda 43 qol vurub və 29 məhsuldar ötürmə edib.