featured-image-41693

“Give me Sport” portalı futbol tarixinin ən uğursuz transferini açıqlayıb.

Msport.az xəbər verir ki, siyahının birinci pilləsində braziliyalı oyunçu Filippe Koutinyo yer alıb. Yarımmüdafiəçinin 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçidi ən uğursuz transfer hesab edilib.

İkinci sırada isə fransalı Antuan Qrizmannın 2019-cu ildə “Atletiko”dan “Barselona”ya keçidi göstərilib.

Tarixin ən uğursuz transferləri

1. Filippe Koutinyo – “Liverpul”dan “Barselona”ya (2018)
2. Antuan Qrizmann – “Atletiko”dan “Barselona”ya (2019)
3. Eden Azar – “Çelsi”dən “Real”a (2019)
4. Romelu Lukaku – “İnter”dən “Çelsi”yə (2021)
5. Aleksis Sançes – “Arsenal”dan “Mançester Yunayted”ə (2018).

Bənzər xəbərlər