Futbolçu 27 yaşında öldü
Uruqvayın “Nasyonal” komandasının futbolçusu Xuan İzkierdo dünyasını dəyişib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, xəstəxanada vəfat edib. Avqustun 22-də Libertadores Kubokunda “San Paulu” ilə oyununun 84-cü dəqiqəsində huşunu itirən yarımmüdafiəçi xəstəxanaya aparılmışdı. Onun ürəyində problem olduğu aşkarlanıb.
Qeyd edək ki, 2024-cü ildən paytaxt komandasında oynayan X.İzkierdo karyerası ərzində Uruqvayın “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penyarol” və “Serro” klublarında da forma geyinib.