featured-image-46173

“Kayzer Çifs” klubunun futbolçusu Luke Fleurs dünyasını dəyişib.

Msport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi faciəvi şəkildə ölüb.

Cənubi Afrika millisinin də üzvü olan oyunçunu qaçıran oğrular onun qaytarılması qarşılığında pul tələb ediblər. Fleurs polisin müdaxiləsini gözləyən zaman güllələnərək öldürülüb.

Qeyd edək ki, Luke Fleurs 2017-ci ildən bəri yalnız ölkəsi Cənubi Afrikada çıxış edib. O, 2023-cü ilin oktyabrından etibarən “Kayzer Çifs”in formasını geyinib.

Bənzər xəbərlər