Futbolçu ilə öpüşən sabiq prezident apellyasiya şikayəti verəcək
İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales millinin futbolçusu Cennifer Ermoso ilə öpüşdüyünə görə cəriməyə qarşı apellyasiya şikayəti verəcək.
Msport.az xəbər verir ki, milli məhkəmə Rubialesi Ermoso ilə öpüşməkdə ittiham edərək, ona cərimə kəsib.
RFEF-in keçmiş rəhbəri növbəti 18 ay ərzində hər gün 20 avro cərimə ödəməli olacaq. Eyni zamanda Ermosoya 200 metrdən yaxına yaxınlaşmağa icazəsi yoxdur. Rubialesin vəkili Federasiyanın keçmiş rəhbəri mübarizəni davam etdirməyi planlaşdırdığından, Milli Məhkəmənin cinayət işləri üzrə kollegiyasına apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Rubiales DÇ-2023-ün finalından sonra mükafatlandırma mərasimi zamanı Ermosonun dodaqlarından öpüb. RFEF rəhbəri buna görə əvvəlcə 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb və daha sonra federasiyadakı vəzifəsindən istefa verib. FİFA daha sonra onu 3 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.